Home » ARDNF-in istiqraz portfelində “AAA” reytinqli alətlərin payı azalıb

ARDNF-in istiqraz portfelində “AAA” reytinqli alətlərin payı azalıb

by Zeyneb
0 comments 1 views 1 minutes read

Bu il yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) istiqrazlar və digər pul bazarı alətləri üzrə investisiya portfelinin 21,3 %-i “AAA” reytinqli alətlərdən ibarət olub.

BBN.az xəbər verir ki, bu barədə Fond məlumat yayıb. Bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 27,9 faiz bəndi azdır.

Eyni zamanda, portfeldə digər reytinq kateqoriyaları üzrə artım qeydə alınıb. Belə ki, “AA” reytinqli alətlərin xüsusi çəkisi 22,5 %-dən 38,2 %-ə, “A” reytinqli alətlərin payı 17 %-dən 26,7 %-ə, “BBB” reytinqli alətlərin payı isə 10,9 %-dən 12,9 %-ə yüksəlib.

Qeyri-investisiya dərəcəli alətlərin xüsusi çəkisi də artaraq 0,4 %-dən 0,9 %-ə çatıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.