2

Azərbaycan Dövlət Neft Fondunda (ARDNF) rəhbərlik səviyyəsində yeni təyinat həyata keçirilib.
Fonddan verilən məlumata görə, Vadim Pşeniçnıy bu ilin mart ayından etibarən ARDNF-in icraçı direktoruna müşavir təyin olunub.
Qeyd edək ki, Vadim Pşeniçnıy 2005-ci ildən etibarən ARDNF-də müxtəlif vəzifələrdə çalışıb. O, 2020-ci ildən yeni vəzifəyə təyin olunana qədər Fondun Risklərin İdarə Edilməsi Departamentinin direktoru vəzifəsində işləyib.




