Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ilə “Brookfield Asset Management” şirkəti arasında uzunmüddətli strateji əməkdaşlığa dair niyyət protokolu imzalanıb.
“Report”un İsveçrəyə ezam olunan əməkdaşının məlumatına görə, imzalanma Prezident İlham Əliyevin bu gün Davosda (İsveçrə) “Brookfield Asset Management”in prezidenti Konnor Teski ilə görüşü çərçivəsində baş tutub.
Sənəd mövcud strateji münasibətlərin institusional əsasda daha da dərinləşdirilməsini, Fondun qlobal miqyasda nüfuzlu investisiya platformalarına çıxış imkanlarının genişləndirilməsini nəzərdə tutur.
Bununla yanaşı ARDNF-in “Brookfield”in idarə etdiyi fondlara və birgə investisiya layihələrinə 3-4 il müddətində ümumilikdə 1,4 milyard ABŞ dollarına qədər kapital qoyuluşu imkanlarının dəyərləndirilməsi planlaşdırılır.





