1

Bu ilin yanvar ayında Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transferlər 1 milyard 70 milyon manat təşkil edib.
BBN.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11,4 % azdır.
Xatırladaq ki, 2026-cı il üzrə ARDNF-dən dövlət büdcəsinə 12 milyard 835 milyon manat transfert nəzərdə tutulur. Beləliklə, yanvar ayı üzrə planlaşdırılan vəsait tam həcmdə icra olunub.





