Home » AREA-nın direktoru Pakistanda Mərkəzi Enerji Alqı-Satqı Agentliyinin baş icraçı direktoru ilə görüşüb

AREA-nın direktoru Pakistanda Mərkəzi Enerji Alqı-Satqı Agentliyinin baş icraçı direktoru ilə görüşüb

by ulviyya
0 rəy 3 baxış 1 dəqiqə oxuma

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktoru Cavid Abdullayev Pakistana səfəri çərçivəsində bu ölkənin Mərkəzi Enerji Alqı-Satqı Agentliyinin icraçı direktoru Rihan Axtar ilə görüşüb.

AREA-nın direktoru Cavid Abdullayev ölkəmizdə enerji sahəsində həyata keçirilən islahatlar, yaşıl enerji layihələri üzrə beynəlxalq enerji şirkətləri ilə əməkdaşlıq, o cümlədən “Azərbaycan Respublikası, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə keçirilən tədbirlər barədə məlumat verib. Bu ilin may ayında qəbul olunmuş “Elektroenergetika haqqında” Qanunun əsas müddəaları, liberal bazar modelinə keçidlə bağlı görülən işlər diqqətə çatdırılıb.

Mərkəzi Enerji Alqı-Satqı Agentliyinin icraçı direktoru Rihan Axtar ölkəsinin liberal bazar modelinə keçid mərhələsində olduğunu bildirib, vahid alıcı modelinin fəaliyyət mexanizmləri, mövcud informasiya sistemləri barədə geniş məlumat verib.

Görüşdə müzakirələrin və fikir mübadiləsinin mütəxəssislər səviyyəsində davam etdirilməsi razılaşdırılıb.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.