Home » AREA-nın və xarici şirkətlərin nümayəndələri Naxçıvana səfər ediblər

AREA-nın və xarici şirkətlərin nümayəndələri Naxçıvana səfər ediblər

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) rəhbərliyi və “Masdar”, “ACWA Power”, “Fortescue Future Industries” şirkətlərinin nümayəndələri Naxçıvana səfər ediblər.

Səfər çərçivəsində Dövlət Energetika Xidmətinin əməkdaşları ilə görüş keçirilib. Dövlət Xidmətinin ümumi enerji sistemi və bərpa olunan enerji layihələri barədə məlumatı dinlənilib. Muxtar Respublikanın geniş bərpa olunan enerji potensialının olduğu diqqətə çatdırılıb, sənaye miqyaslı yaşıl enerji layihələrinin reallaşdırılması istiqamətində müzakirələr aparılıb. Nümayəndə heyəti Babək rayonunda yerləşən günəş elektrik stansiyasına baş çəkib.

Daha sonra Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə günəş və külək enerjisi ərazilərinin ayrılması ilə bağlı müzakirələr aparılıb. Yaşıl enerji layihələri üçün seçilmiş ərazilərə baxış keçirilib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.