Home » AREA-nın əməkdaşları “MDB-nin əməkdar energetiki” medalı ilə təltif olunublar

AREA-nın əməkdaşları “MDB-nin əməkdar energetiki” medalı ilə təltif olunublar

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) əməkdaşlarına “MDB-nin əməkdar energetiki” vəsiqə və medalları təqdim olunub.

AREA-nın direktoru Cavid Abdullayev ölkəmizdə energetika sahəsində həyata keçirilən islahatlar, yaşıl enerjinin inkişafı sahəsində atılan addımlar barədə danışıb.

Dövlət Agentliyinin Bərpa olunan enerji mənbələri ərazilərinin inkişafı şöbəsinin müdiri Fəqan Abdurəhmanov, şöbə müdirinin müavini Sahib Xəlilov, Dövlət Agentliyinin nəzdindəki “Azalternativenerji” MMC-nin Marketinq və dizayn şöbəsinin müdiri Rasim Məmmədov “MDB-nin əməkdar energetiki” fəxri adları və medalları ilə təltif olunublar.

Cavid Abdullayev əməkdaşları fəxri ada layiq görülmələri münasibəti ilə təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Tədbirin sonunda xatirə şəkilləri çəkilib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.