Home » Argentina şirkətləri Azexport portalı və Rəqəmsal Ticarət Qovşağı ilə əməkdaşlıq edəcək

Argentina şirkətləri Azexport portalı və Rəqəmsal Ticarət Qovşağı ilə əməkdaşlıq edəcək

by bbnadm
0 comments 0 views 1 minutes read

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Azexport portalı və Rəqəmsal Ticarət Qovşağı (RTQ) ilə Argentinanın “UAB Ramchos”, “Proargex” və “Gemaco Group” şirkətlərinin nümayəndələri arasında onlayn konfrans keçirilib.

   Konfransda Azexport  portalı və DTH-ın rəhbərləri Ayxan Qədəşov və Məsumə Talıbova Prezident İlham Əliyevin tapşırıqlarına əsasən yaradılan əlverişli biznes mühiti barədə xarici şirkətlərin nümayəndələrinə məlumatlar təqdim ediblər. Qeyd olunub ki, Azexport portalı qısa zaman ərzində böyük uğurlar əldə edib və sahibkarlar üçün yeni, eləcə də innovativ imkanlar yaradıb.

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı isə onlayn rejimində transsərhəd elektron xidmətlərin həyata keçirilməsi üçün yaradılıb. Konfransda RTQ tərəfindən təqdim olunan imkanlardan istifadə etməklə e – və m – Rezidentlər Azərbaycandan və ya istənilən digər ölkədən tamamilə onlayn şəkildə şirkət təsis və idarə edə biləcəkləri qeyd olunub.

Argentina şirkətlərinin nümayəndəsi Jose Sabaliauskas isə Azərbaycanda yerli və xarici investorlara biznes üçün əlverişli mühitin yaradılmasından öz məmnunluğunu ifadə edib.  O, bu imkanların Amerika – Asiya ticarət əlaqələrinin dayanıqlı və təhlükəsiz təşkili və tərəflər arasında təchizat zəncirinin təkmilləşdirilməsində  müsbət rol oynayacağını bildirib. Bununla yanaşı, Jose Sabaliauskas təmsil etdiyi şirkətlərin Azərbaycanın coğrafi mövqeyindən və biznes üçün  yaradılan imkanlardan istifadə edərək müəyyən kənd təsərrüfatı mallarının Azexport portalı vasitəsilə Qazaxıstan, Türkmənistan, Özbəkistan, İran və digər region ölkələrinə ixracının həyata keçirilməsində maraqlı olduğunu bildirib.

Müzakirələrin yekununda Azexport portalı və RTQ-nin Argentina sahibkarlarına onlayn formada təqdim olunmasına dair razılıq əldə olunub.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.