Artırılmış Reallıq – ChatGPT artıq universitet şəhərciyində!

“Bu artıq ən son texnologiya trendidir. Artırılmış Reallıq əsaslı kompüter proqramı olan və noyabrda təqdim edilən ChatGPT artıq universitet şəhərciyindədir. O hekayə, esse, məqalələr yazır, hətta ən yüksək dərəcəli biznes məktəbinin imtahanlarını da uğurla başa vurur. Bu isə ölkə daxili və xaricində ciddi müzakirələrə səbəb olub. Akademik dünyanı silkələyib”.

BBN.az NBC News TV proqramına istinadən xəbər verir ki, bu sözləri xəbərlər departamentinin rəhbəri, aparıcı, jurnalist Lester Holt deyib.

Yeni texnologiya trendi haqqında hər kəs müsbət düşünsə də bəzi universitet professorları isə belə nəticəyə gəliblər ki, ChatGPT səthi riyazi hesablamalarda səhvlər edir. Ancaq Amerikadakı hüquq universitetlərindən biri deyib ki, o hüquq imtahanından ən yaxşı nəticələrdən biri hesab edilən C+ alıb və professor əlavə edib ki, qrammatik cəhətdən çox düzgün yazı üslübu sərgiləyib.

Qeyd edək ki, Microsoft şirkəti onun inkişafı üçün milyardlar xərcləyib və istənilən mövzular ətrafında dərhal cavab verir. Universitet professorlarını narahat edən məsələ isə tələbələrin ondan imtahanlardan keçmək üçün istifadə etmək təhlükəsidir. Ancaq Stanford Universiteti tərəfindən aparılan son bir sorğu göstərib ki, tələbələrin 17%-i ondan istifadə ediblər, 5%-i isə birbaşa mətni kopyalayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır