Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Aşağı və orta gəlirli ölkələrin xarici borcu 8,9 trilyon dollara çatıb - BBN

Aşağı və orta gəlirli ölkələrin xarici borcu 8,9 trilyon dollara çatıb

Dünya Bankı “Beynəlxalq Borc Hesabatı”nı yayımlayıb.

BBN.az xəbər verir ki, hesabata görə, aşağı və orta gəlirli ölkələrin ümumi xarici borcu 2024-cü ildə 8,9 trilyon dollara çataraq bütün zamanların ən yüksək səviyyəsinə yüksəlib.

Dünya Bankının Beynəlxalq İnkişaf Assosiasiyasından (IDA) borclanma hüququna malik olan 78 aşağı gəlirli ölkə isə ümumilikdə 1,2 trilyon dollar həcmində rekord borc toplayıb. İnkişaf etməkdə olan ölkələrdə xarici borclar üzrə əsas məbləğ və faiz ödənişləri ilə əldə edilən yeni maliyyələşdirmə arasındakı fərq 2022–2024 dövründə 741 milyard dollara çataraq son 50 ilin ən yüksək göstəricisi olub.

İnkişaf etməkdə olan iqtisadiyyatların 2024-cü ildə imzaladıqları yeni dövlət borcu müqavilələri üzrə rəsmi kreditorlara ödəyəcəkləri orta faiz dərəcəsi son 24 ilin, özəl kreditorlara ödəyəcəkləri orta faiz dərəcəsi isə son 17 ilin ən yüksək səviyyəsinə çatıb.

Related posts

SOCAR-ın borc öhdəlikləri 3 milyard manatı ötüb

Neftin Ucuzlaşması Hindistan Ruvisinə Nəfəs Aldırır: Mərkəzi Bankın Dəstəyi Diqqət Mərkəzində!

Yen-in Dəyərsizləşməsi Bazar Gərginliyini Artırır: Yeni Müdaxilə Gözləntiləri!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı