Home » “ASAN xidmət” təcrübəsi Rumıniyada

“ASAN xidmət” təcrübəsi Rumıniyada

by Aytac
0 comment 0 views 1 minutes read

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniya Hökumətinin Baş katibi Mirçea Abrudeanın dəvəti əsasında Buxarest şəhərinə səfər edib.

Səfərin ilk günü Dövlət Agentliyinin sədri və Azərbaycan Respublikasının Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov   Buxarestdəki Tey parkında yerləşən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Səfər çərçivəsində “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Rumıniya Hökumətinin Baş Katibliyi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumu imzalanıb.

Anlaşma Memorandumu “ASAN xidmət” təcrübəsinin Rumıniyada tətbiqini, eləcə də “ASAN xidmət” mərkəzlərində təcrübələrin təşkilini, həmçinin Dövlət Agentliyinin ekspertləri tərəfindən dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübənin Rumıniya tərəfi ilə paylaşılmasını nəzərdə tutur.

Rumıniya Avropa İttifaqının üzvü və ölkəmizin strateji tərəfdaşıdır.

Buxarestdə yerləşən Viktoriya sarayında baş tutan imzalanma mərasimi zamanı Rumıniya Hökumətinin Baş katibi dövlət xidmətlərinin göstərilməsi üzrə qlobal səviyyədə tanınan və  qəbul edilən “ASAN xidmət” təcrübəsinin müstəsna əhəmiyyətinə toxunaraq müvafiq sahənin ölkəsində inkişaf etdirilməsi üçün bu təcrübədən faydalanacaqlarını bildirib.

Dövlət Agentliyinin sədri müvafiq Memorandumun Azərbaycan ilə Rumıniya arasındakı mövcud uğurlu əməkdaşlığın daha da inkişaf etdirilməsinə xidmət edəcəyini vurğulayıb.

Sonra Rumıniya Hökumətinin Baş Katibliyinin nümayəndələri tərəfindən ölkələrində həyata keçirilən innovativ layihələr barədə geniş təqdimat edilib.

Səfər zamanı baş tutan tədbir və görüşlərdə Azərbaycan Respublikasının Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov da iştirak edib.

Xatırladaq ki, Dövlət Agentliyi “ASAN xidmət” təcrübəsinin ixracı istiqamətində 20-dən çox ölkə və beynəlxalq təşkilatla müqavilələr imzalayıb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.