Home » “ASAN xidmət” Azərbaycan-Koreya dövlət xidmətləri mövzusunda seminar reallaşdırıb

“ASAN xidmət” Azərbaycan-Koreya dövlət xidmətləri mövzusunda seminar reallaşdırıb

by Aytac
0 rəy 0 baxış 1 dəqiqə oxuma

5 sentyabr 2024-cü il tarixində “Koreya-Azərbaycan Dövlət Xidmətləri və Sosial İnnovasiyalar” seminarı keçirilib.

Tədbir Azərbaycan Respublikasının  Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Koreya Resublikasının Daxili İşlər və Təhlükəsizlik Nazirliyinin, Koreya Respublikasının Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşdırılıb.

Seminarda Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Koreya Respublikasının ölkəmizdəki səfirliyinin müşaviri Hvang Youkyoung, Koreya Respublikasının Daxili İşlər və Təhlükəsizlik Nazirliyinin şöbə direktoru Park Byung-joon açılış nitqi ilə çıxış ediblər.

Ceyhun Salmanov Koreya Respublikasının Daxili İşlər və Təhlükəsizlik Nazirliyi ilə Dövlət Agentliyi arasında 2016-cı ildə imzalanmış Anlaşma Memorandumunun əhəmiyyətinə toxunaraq ötən dövr ərzində həyata keçirilmiş uğurlu əməkdaşlıqdan bəhs edib. Bundan əlavə Koreya Respublikası tərəfindən həyata keçirilən texniki yardım və potensialın artırılması proqramlarında Dövlət Agentliyinin aktiv iştirakını qeyd edib və dəstəyə görə Koreya tərəfinə təşəkkür edib.

Koreyalı qonaqlar dövlət xidmətlərinin göstərilməsi sahəsində “ASAN xidmət” təcrübəsinin əhəmiyyətini və bu istiqamətdə Dövlət Agentliyi ilə həyata keçirilən əməkdaşlıqdan məmnunluğunu ifadə ediblər.

Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri “ASAN xidmət” modeli və Dövlət Agentliyi tərəfindən həyata keçirilən innovativ layihələr barədə təqdimat edib.

Ardınca Koreya Respublikasının Daxili İşlər və Təhlükəsizlik Nazirliyinin şöbə rəhbərləri  dövlət xidmətlərində tətbiq olunan müasir yanaşmalar, vətəndaş məmnunluğu və xidmətlərə əlçatanlığın təmin olunmasında ölkələrinin təcrübələri barədə geniş təqdimatlar ediblər.

Tədbir sual-cavab formatında interaktiv müzakirələrlə yekunlaşıb.

Ölkəmizə səfər çərçivəsində koreyalı nümayəndələr  “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, “ABAD”ın, “Bilim Bakı” mərkəzinin və Səyyar ASAN xidmətin fəaliyyəti ilə də tanış olublar.

Eyni zamanda nümayəndə heyətinə Dövlət Agentliyinin Dövlət xidmətlərinin dizaynı və innovasiyalar şöbəsi, eləcə də “İnnovasiyalar Mərkəzi” tərəfindən təqdimatlar edilib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.