Home » “ASAN xidmət” modeli ən böyük müsəlman ölkəsinə ixrac edilib

“ASAN xidmət” modeli ən böyük müsəlman ölkəsinə ixrac edilib

by Aytac
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyətinə Cakarta şəhərində “ASAN xidmət” modeli əsasında fəaliyyət göstərən Vətəndaşlara Xidmət Mərkəzinin fəaliyyəti barədə geniş təqdimat edilib.

Cakarta xidmət mərkəzi Dövlət Agentliyi ilə İndoneziyanın müvafiq nazirliyi arasında imzalanmış Anlaşma Memorandumuna əsasən müxtəlif illərdə indoneziyalı rəsmilər üçün “ASAN xidmət” mərkəzlərində təşkil olunmuş təlimlər və burada tətbiq olunan innovativ həllərin paylaşılması nəticəsində təşəkkül tapıb.

Nümayəndə heyətini qarşılayan Cakarta Vətəndaşlara Xidmət Mərkəzinin rəhbəri mərkəzdə 300-dən çox xidmətin göstərildiyini diqqətə çatdırıb.

Mərkəzdə həyata keçirilən xidmətlərdən məmnunluq səviyyəsinin yüksək olduğunu bildirən İndoneziya tərəfi burada vətəndaşlara şəxsiyyət vəsiqəsi, pasport, miqrasiya, vergi, lisenziyaların verilməsi və digər növ xidmətlərin təqdim olunduğunu vurğulayıb.

Mərkəzdə vətəndaşların rahatlığının təmin edilməsi məqsədilə özünəxidmət köşkləri, uşaq oyun guşəsi, kafe fəaliyyət göstərir.

Mərkəzin direktoru Dövlət Agentliyinə mərkəzin fəaliyyətinin qurulmasında və inkişaf etdirilməsində göstərilən mütəmadi dəstəyə görə təşəkkürünü çatdırıb.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.