Home » “ASAN xidmət”in və QDİƏT-in baş katibliyinin birgə vebinarı keçirilib

“ASAN xidmət”in və QDİƏT-in baş katibliyinin birgə vebinarı keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

3 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibliyinin birgə təşkilatçılığı ilə İnstitusional İslahatlar və Yaxşı İdarəçilik üzrə İşçi Qrupun “Dövlət xidmətlərinin səmərəli və vətəndaş yönümlü göstərilməsində elektron hökumətin rolu” adında vebinar keçirilib.

Vebinarın məqsədi Dövlət Agentliyinin fəaliyyət istiqamətləri, elektron hökumət və innovasiyalar sahəsində  ərtaflı məlumat vermək, QDİƏT-ə Üzv Dövlətlərin nümayəndələrinin də iştirakı ilə müvafiq sahələr üzrə birgə təcrübə mübadiləsi aparmaq olub.

Dövlət Agentliyi müvafiq sahələrdə qabaqcıl təcrübəsinə əsasən QDİƏT-in İnstitusional İslahatlar və Yaxşı İdarəçilik İşçi Qrupunun 2021 – 2023-cü illər üçün ölkə üzrə koordinatoru seçilib.

Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov  dövlət xidmətlərin göstərilməsi, eləcə də onların rəqəmsallaşdırılması sahəsində görülən işlər barədə ətraflı məlumat verib. Sonra QDİƏT-in baş katibliyi tərəfindən vebinarın əhəmiyyəti və “ASAN xidmət” təcrübəsinin öyrənilməsində maraqlı olduğunu qeyd edib. Həmçinin 2015 və 2019-cü illərdə “ASAN xidmət”in BMT-nin mükafatına layiq görüldüyü qeyd edilib.

Vebinar çərçivəsində təşkil olunan sessiyalarda çıxış edən Dövlət Agentliyinin nümayəndələri rəqəmsallaşma, innovasiya və xidmətlərin təşkili və monitorinqi kimi əhəmiyyətli sahələrdə fəaliyyətləri barədə məlumat verərək iştirakçılarla geniş müzakirələr aparıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.