Home » “ASAN xidmət”in nümayəndə heyəti Özbəkistanda işgüzar səfərdə olub

“ASAN xidmət”in nümayəndə heyəti Özbəkistanda işgüzar səfərdə olub

by Aytac
0 rəy 0 baxış 1 dəqiqə oxuma

9-10 iyul 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanovun başçılıq etdiyi nümayəndə heyəti Özbəkistan Respublikasının Daşkənd və Buxara şəhərlərinə işgüzar səfər edib. Məqsəd Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin həmsədrliyi ilə Buxara şəhərində keçirilən Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 13-cü iclasında iştirak, həmçinin Özbəkistanın müvafiq dövlət qurumları ilə işgüzar görüşlərin keçirilməsi olub. Komissiyanın iclası zamanı gündəlikdə olan məsələlər müzakirə edilib. Sonda Azərbaycan-Özbəkistan Birgə Hökumətlərarası Komissiyanın 13-cü iclasının yekunlarına dair protokol imzalanıb.

Səfər çərçivəsində Daşkənd şəhərində Dövlət Agentliyinin sədr müavini ilə Özbəkistan Respublikasının ali təhsil, elm və innovasiyalar nazirinin müavini Maxkamov Otabek Muxtaroviç arasında ikitərəfli görüş keçirilib. Görüşdə qurumlar arasında sosial innovasiyalar, startaplar və digər fəaliyyət sahələri üzrə əməkdaşlığa dair birgə yol xəritəsinin hazırlanması ilə əlaqədar müzakirələr aparılıb. Nazir müavini Dövlət Agentliyi ilə əməkdaşlığından məmnunluğunu və birgə fəaliyyətə hazır olduğunu ifadə edib.

Özbəkistan Respublikasının Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “INNO texnopark” və “Yaşnobad” innovasiyalar texnoparklarının rəhbərləri ilə də ikitərəfli görüşlər keçirilib. Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” ilə “Yaşnobad” innovasiyalar texnoparkı arasında 2022-ci il 15 dekabr ayında imzalanmış Anlaşma Memorandumu çərçivəsində əməkdaşlıq faəliyyətinin təşkili, startap və akselerasiya sahələrində qarşılıqlı təcrübə proqramlarının implementasiyası və birgə yol xəritəsinin hazırlanmasına dair geniş müzakirələr aparılıb.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.