Home » ASC “Xalq” Bankı Bakı Fond Birjasına üzv oldu

ASC “Xalq” Bankı Bakı Fond Birjasına üzv oldu

by Zeyneb
0 comments 1 views 1 minutes read

ASC “Xalq” Bankının müraciətinə əsasən 25 avqust 2025-ci il tarixindən Bakı Fond Birjası üzvlüyünə qəbul etmişdir. Beləliklə, Bakı Fond Birjasına üzv olan şirkətlərinin sayı on üçə yüksəlmiş oldu.

ASC “Xalq” Bankı ölkənin investisiya xidmətləri həyata keçirilməsinə lisenziya alan ilk bankı oldu. Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının 07 may 2025-ci il tarixli İXB-01 saylı Lisenziyasına əsasən ASC “Xalq” Bankı ölkənin investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsinə icazə verilən ilk bankı oldu.

Bu mühüm addım ölkənin bank sektorunda yeni bir mərhələnin başlanğıcını qoyur. Bu lisenziya ASC “Xalq” Bankına geniş spektrli maliyyə xidmətləri təqdim etmək imkanı verəcək. Bununla da, müştərilərinə kapital bazarlarında geniş imkanlar açan Xalq Bank onlara qiymətli kağızlarla əməliyyatların aparılması və digər kapital bazarı xidmətlərini bank vasitəsilə həyata keçirmək imkanı qazandıracaq.

Bakı Fond Birjası şəffaflığı, hesabatlılığı və bazar bütövlüyünü təşviq edərək, dayanıqlı inkişaf və sabitliyi dəstəkləyən əlverişli bir mühit yaratmağı hədəfləyir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.