Home » ASC “Xalq” Bankı növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib

ASC “Xalq” Bankı növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

06 aprel 2023-cü il tarixdə ASC “Xalq” Bankı Türkiyə Respublikasının Ziraat Bankının ESG standartlarına uyğun olaraq istifadə olunacaq 1.3 milyard dollar məbləğində davamlılıq meyarlı sindikat kreditləşməsi layihəsində iştirak etmişdir. Davamlılıq meyarı olaraq bu ilin fevral ayında Türkiyədə baş vermiş zəlzələnin təsirlərini yumşaltmaq məqsədilə Zəlzələdən zərərçəkənlərə Dəstək Paketi üzrə ayrılan kreditlər müəyyənləşdirilmişdir.

Layihədə 24 ölkədən 53 bank yer almışdır. Xalq Bankın bu layihədə iştirakı banklararası münasibətlərin möhkəmləndirilməsi və Türkiyə Respublikası bankları ilə əməkdaşlığın davamlı inkişafının təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Sindikat kreditləşməsi bir borcalana vəsait ayrılması üçün kreditorlar qrupu tərəfindən təklif olunan maliyyələşdirmə alətidir.

Xatırladaq ki, ötən il də Xalq Bank Ziraat Bankın 1,24 milyard dollar məbləğində ESG standartlı sindikat kreditləşməsi layihəsində iştirak etmişdi. ESG ətraf mühit, idarəetmə və sosial məsuliyyət prinsiplərinə istinad edən fəaliyyət meyarlarını əhatə edir.

Türkiyə Respublikasının dövlət bankı olan Ziraat Bank 1863-cü ildən fəaliyyət göstərir. Bankın dünya üzrə 17 ölkədə 116 nümayəndəliyi mövcuddur.

2004-cü ildə əsası qoyulmuş Xalq Bank əsas balans göstəricilərinə görə Azərbaycanın özəl bankları sırasında ilk üçlükdə yer alır.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.