Home » Asiya bazarında satışlar “Bitcoin” qiymətlərində geriləməyə səbəb olub

Asiya bazarında satışlar “Bitcoin” qiymətlərində geriləməyə səbəb olub

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Dünya ölkələrinin rəqəmsallaşmaya doğru illərdir sürətlə irəliləməsinə baxmayaraq, kriptovalyutalar hələ də bir çox istehlakçılara qaranlıq qalmaqdadır. Kriptovalyutaların içində ən çox yayılanı və ən yüksək dəyərə malik olanı isə “Bitcoin” kriptovalyutasıdır. 2009-cu ildə Satoşi Nakomoto tərəfindən ilk dəfə yaradılan “Bitcoin” kriptovalyutası artıq bir çox ölkələrin diqqətini cəlb edib.

Digər tərəfdən isə, “Bitcoin” hələ də bəzi ölkələr tərəfindən “bubble” valyuta olaraq düşünüldüyündən, bu qeyri-müəyyənlik kriptovalyutanın qiymətlərində volatilliyə səbəb olur. Belə ki, 10 noyabr tarixində 69 min dollara qalxaraq tarixinin rekord göstəricisinə imza atan “bitcoin” 4 dekabr tarixində 53.6 min dollar səviyyəsindən aşağı enib. Hazırda, bazar qiyməti 46 min dollar civarıda olan “bitcoin” ay ərzində 21%-dən çox dəyər itirib.

Beynəlxalq ekspertlərin araşdırmalarına görə, “bitcoin” qiymətlərində kəskin geriləmənin başlıca səbəbi Asiya ölkələrində həyata keçirilən fəaliyyətlərdir. Belə ki, Asiya ölkələrində son həftələrdə həyata keçirilən çoxsaylı “bitcoin” satışları sözügedən kriptovalyutanı təzyiq altında qoyub. Bununla yanaşı, Hindistanda Narendra Modi rəhbərliyi altında iqtidarda olan hökumətin irəli sürdüyü yeni qanun layihəsi ilə ölkədə kriptovalyutaların alış-satışına qadağaların qoyulması da “bitcoin”in gələcək taleyini sual altında qoyur.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.