Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Asiya İnkişaf Bankı 2026-cı il üzrə təcrübə proqramına müraciətləri açıq elan edib - BBN

Asiya İnkişaf Bankı 2026-cı il üzrə təcrübə proqramına müraciətləri açıq elan edib

Asiya İnkişaf Bankı (ADB) təşkilata üzv dövlətlərdə, o cümlədən Azərbaycanda magistratura və ya doktorantura pilləsində təhsil alan tələbələr üçün 2026-cı il üzrə təcrübə proqramına müraciətlərin qəbuluna başlayıb.

Bankın məlumatlarına istinadən verdiyi xəbərə görə, sənəd qəbulu martın 16-dək davam edəcək.

Proqram bankın fəaliyyət istiqamətlərinə uyğun tədqiqat tapşırıqları əsasında təşkil olunub. Layihəyönümlü yanaşma sayəsində təcrübəçilər ilk gündən etibarən iş prosesinə real töhfə vermək imkanı qazanacaqlar. Proqram iştirakçıları inkişaf məsələləri ilə məşğul olan iri beynəlxalq maliyyə qurumunda praktiki bacarıqlar əldə edəcəklər.

Təcrübəçilər 50-dən çox ölkədən olan ekspertlərlə əməkdaşlıq edərək multikultural mühitdə qlobal iş təcrübəsi qazanacaqlar.

Tələblər

Proqramda iştirak üçün əsas şərtlər bunlardır:

  • İngilis dilini yüksək səviyyədə bilmək;

  • ADB-yə üzv ölkənin vətəndaşı olmaq;

  • Təcrübə müddəti ərzində bankın üzv ölkəsində akkreditə olunmuş ali təhsil müəssisəsində magistr və ya doktorant statusuna malik olmaq;

  • ADB-nin fəaliyyət sahələri ilə bağlı 30-dan çox ixtisasdan biri üzrə təhsil almaq.

2–3 il peşəkar iş təcrübəsinin olması arzuolunandır.

ADB bildirir ki, təşəbbüs siyasət və iqtisadiyyat sahəsində tədqiqatların aparılmasına, eləcə də elmi dairələrlə təcrübə mübadiləsinə imkan yaradır və gələcək məşğulluq üçün perspektivli mütəxəssislərin müəyyən edilməsinə kömək edir.

Maliyyə və təşkilati məsələlər

Xüsusi razılaşma nəzərdə tutulmayıbsa, təcrübə müddətində iştirakçılara təqaüd ödənilir. Bununla yanaşı, yaşayış, nəqliyyat, qidalanma və aviabilet xərclərinin bir hissəsi tələbələr tərəfindən qarşılanır. Manilaya yola düşməzdən əvvəl bütün qalma müddətini əhatə edən tibbi sığortanın rəsmiləşdirilməsi məcburidir.

Bank təcrübə yeri ilə təsdiq edilmiş uçuş məntəqəsi arasında zəruri uçuş olduqda aviabilet xərclərinin məhdud hissəsini kompensasiya edir. Proqramların əsas hissəsi ADB-nin Maniladakı (Filippin) baş qərargahında həyata keçirilir, lakin regional nümayəndəliklərdə də vakansiyalar açıla bilər.

Azərbaycan və ADB əməkdaşlığı

Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür. Bu müddət ərzində bank ölkəyə təxminən 5,6 milyard ABŞ dolları investisiya yatırıb. Bunun 4,4 milyard dolları dövlət sektoruna, 1,2 milyard dolları isə özəl sektora yönəlib. Ən böyük maliyyələşmə istiqamətləri nəqliyyat (1,5 milyard dollar) və energetika (1,7 milyard dollar) sahələridir.

Yeni tərəfdaşlıq strategiyası çərçivəsində ADB Azərbaycana 2,5 milyard ABŞ dollarınadək investisiya yatırmağa hazır olduğunu bildirib.

Qeyd edək ki, ADB 1966-cı ildə yaradılıb, baş qərargahı Manilada yerləşir və 69 səhmdar ölkəni birləşdirir.

Related posts

Azərbaycan–Türkiyə Preferensial Ticarət Sazişinin əhatə dairəsi genişləndirilir

Azərbaycan–Türkiyə Preferensial Ticarət Sazişinin əhatə dairəsi genişləndiriləcək

Orxan Məmmədov: Süni intellektin tətbiqi məsuliyyətli yanaşma tələb edir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı