Home » Asiya İnkişaf Bankı Azərbaycanda inflyasiya ilə bağlı proqnozlarını yeniləyib

Asiya İnkişaf Bankı Azərbaycanda inflyasiya ilə bağlı proqnozlarını yeniləyib

by ulviyya
0 rəy 3 baxış 1 dəqiqə oxuma

Asiya İnkişaf Bankı (ADB) bu il Azərbaycanda inflyasiyanın 10% olacağını proqnozlaşdırır.

BBN.az xəbər verir ki, bu barədə Bankın “Asian Development Outlook” hesabatının yenilənmiş sentyabr sayında bildirilir.

Sənədə əsasən, bu, ADB-nin aprel proqnozu ilə müqayisədə 3 faiz bəndi çoxdur.

Bank gələn il isə Azərbaycanda inflyasiyanın 8,5% olacağını gözləyir ki, bu da əvvəlki proqnoza nisbətən 2 faiz bəndi çoxdur.

ADB ümumilikdə Qafqaz və Mərkəzi Asiya regionunda inflyasiyanın bu il 10,6% (əvvəlki proqnoza nisbətən 0,3 faiz bəndi çox), gələn il isə 8% (0,5 faiz bəndi çox) olacağını proqnozlaşdırır.

“Azərbaycan Mərkəzi Bankı bu il inflyasiyanı çilovlamaq üçün yanvar-may aylarında uçot dərəcəsini 8,25%-dən 9%-ə qaldırıb. Bundan başqa, hökumət qiymətlərə nəzarət etmək, inflyasiyanı önləmək, qiymət sabitliyinə nail olmaq istiqamətində tövsiyyələrin hazırlanması üçün işçi qrup yaradıb. Pul siyasətinin sərtləşdirilməsinə baxmayaraq inflyasiya təzyiqləri qalmaqdadır. Bu ilin 7 ayında illik inflyasiya ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz bəndi azalaraq 13%-dən 12,2%-ə, qlobal ərzaq qiymətlərinin azalmasının təsiri ilə isə ərzaq qiymətlərindəki artım 4,4 faiz bəndi azalaraq 18,7%-dən 14,3%-ə düşüb. Əvəzində digər mallar üzrə inflyasiya 7%-dən 11%-ə, xidmət sektoru üzrə inflyasiya isə 10,1%-dən 10,4%-ə çatıb. Bu irəliləyişlərin fonunda ADB 2023-2024-cü illər üçün inflyasiya proqnozlarını artırır”, – deyə Bank bəyan edib.

Report

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.