
Asiya İnkişaf Bankı (AİB) Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Çin, Tacikistan, Türkmənistan və Özbəkistanın iştirak etdiyi CAREC ölkələri üçün yeni nəsil sərhəd-keçid məntəqələrinin inkişafı üzrə regional layihəni nəzərdən keçirir.
Layihənin maliyyələşdirilməsi ABŞ dolları ekvivalentində 1 milyon dollar həcmində Texniki Yardım üzrə Xüsusi Fond vasitəsilə həyata keçiriləcək.
Layihə CAREC ölkələrinə iqlim dayanıqlılığına xüsusi diqqət yetirərək və innovativ həlləri tətbiq etməklə yeni nəsil sərhəd-keçid məntəqələrinin hazırlanmasına dəstək göstərməyi hədəfləyir.
Təşəbbüs çərçivəsində bir neçə prioritet sərhəd-keçid məntəqəsi üzrə texniki-iqtisadi əsaslandırmaların və kompleks ekspertizaların hazırlanması, eləcə də layihələrin hazırlanması və icrası üçün yeni yanaşmanın formalaşdırılması planlaşdırılır. Bundan əlavə, layihə CAREC ölkələrinin sərhəd-keçid məntəqələrinin inkişafı və istismarı sahəsində institusional potensialını gücləndirməyi nəzərdə tutur.
Layihənin icrası sərhəd-keçid məntəqələrində infrastruktur və prosedurların təkmilləşdirilməsinə imkan yaradacaq, bu da CAREC nəqliyyat şəbəkəsi boyunca ticarət əməliyyatları üçün vaxt və xərclərin azalmasına səbəb olacaq. Modernləşdirilmiş sərhəd-keçid məntəqələri beynəlxalq yükdaşımaların sadələşdirilməsinə və regional əməkdaşlığın möhkəmlənməsinə də töhfə verəcək.





