Home » Asiya İnkişaf Bankı ilə əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb

Asiya İnkişaf Bankı ilə əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnkişaf Bankının Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri xanım Kendis Makdeyqan ilə görüşüb.

Mikayıl Cabbarov ölkəmizin Asiya İnkişaf Bankı ilə əməkdaşlığa böyük önəm verdiyini, Bankın maliyyə-texniki dəstəyinin yüksək qiymətləndirildiyini vurğulayıb. Qeyd edilib ki, hazırda Asiya İnkişaf Bankının kredit ayırdığı yol şəbəkəsinin inkişafı üzrə layihələri icra edilməkdədir. Bankın Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramının həyata keçirilməsində Azərbaycan 2021-ci il üzrə ev sahibi kimi fəal iştirak edir. Bildirilib ki, Asiya İnkişaf Bankı ilə 2022-2024-cü illər üçün Azərbaycanın ortamüddətli iqtisadi inkişaf prioritetləri və potensial sahələr üzrə əməkdaşlıq önəmlidir.

Görüşdə Azərbaycanın sosial-iqtisadi inkişafına dair prioritetlərin reallaşdırılması, regional əməkdaşlıq və s. istiqamətlər üzrə Asiya İnkişaf Bankı ilə tərəfdaşlıq imkanları diqqətə çatdırılıb.

AİB-in Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri xanım Kendis Makdeyqan ölkəmizdəki fəaliyyətindən məmnunluğunu ifadə edib, Bankın Azərbaycanla əlaqələrinin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Tərəflər müxtəlif sahələr üzrə əməkdaşlığın inkişafı, Bankın dövlət-özəl tərəfdaşlığı sahəsində texniki yardımı, dövlət müəssisələri ilə bağlı islahatlara dəstək imkanları və qarşılıqlı maraq doğuran digər məsələlərı müzakirə ediblər.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.