![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
Cümə günü Asiya-Sakit okean səhm bazarları aylıq yaxınlaşan əmək bazarı hesabatları ilə əlaqədar enib. Bu isə ABŞ Mərkəzi Bankının (FED) noyabrdakı görüşündəki qərarına təsir edəcək.
BBN.az bu haqda CNBC Business-ə istinadən xəbər verir.
Dow Jones-ın iqtisadçıları tərəfindən aparılan sorğuya, əsasən əlavə edilən işçi sayı 275.000-ə yüksələcək, işsizlik səviyyəsi isə 3.7%-də qalacaq. Honkonqun Hang Seng indeksi ticarətin son saatında 1.27% və Hang Seng Tech isə 2.96% enib. Yaponiyada Nikkei 225, 0.71% enib və 27.116.11-ə çatıb. Topix index isə 0.82% enib və 1906.80 olub. Avstraliyada S&P/ASX 200 0.8% azalıb, 6.762.80 olub.
Analitik Craig Chan isə deyib ki, Asiya valyutaları dollar qarşısında zəifləyir və bu hal ilin sonuna qədər davam edəcək.