Home » ASK rəsmilərinin Kənd Təsərrüfatı naziri ilə görüşü keçirilib

ASK rəsmilərinin Kənd Təsərrüfatı naziri ilə görüşü keçirilib

by anar
0 comment 0 views 1 minutes read

Sentyabrın 9-da Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, Konfederasiyanın Baş katibi Natəvan Məmmədova Azərbaycan Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov ilə görüşüblər.
Görüşdə əməkdaşlıq imkanları müzakirə edilib, Konfederasiyanın tərkibində fəaliyyət göstərən Aqrar İnkişaf Komissiyasının fəaliyyəti, onun tərkibinin daha da gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Eyni zamanda, bu il sentyabrın 26-da Bakıda keçiriləcək Türkdilli dövlətlərin kənd təsərrüfatı nazirlərinin görüşü, gələn il ölkəmizin ev sahibliyi edəcəyi İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Təşkilatının “Dayanıqlı Kənd Təsərrüfatı” konfransı, halal qida standartları ilə bağlı məsələlər müzakirə edilib.
O cümlədən, nazirin Konfederasiyanın üzvü olan kənd təsərrüfatı şirkətləri ilə görüşü barədə razılıq əldə edilib və dövlət-özəl dialoqunun ölkə iqtisadiyyatının inkişafındakı müsbət rolu vurğulanıb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.