Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən və Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində Astara və Masallı rayonlarında ictimai dinləmələr təşkil olunacaq.
Tədbirlərdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları, müraciət və iştirak qaydalarına dair iştirakçılara ətraflı məlumat veriləcək və onları maraqlandıran suallar cavablandırılacaq.
İctimai dinləmələr 17 iyul 2024-cü il tarixində saat 12:00-da Astara şəhər Ziya Bünyadov adına 2 saylı tam orta məktəbin binasında (Astara şəhəri, C.Cabbarlı küçəsi 4) və həmin gün saat 15:00-da Masallı Gənclər Evinin inzibati binasında (Masallı şəhəri, H.Əliyev pr. 87A) keçiriləcək.