Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"Atasığorta"nın səhmdarlarının yığıncağı keçiriləcək - BBN

“Atasığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək

Yanvarın 22-də, saat 15:00-da “Atasığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı baş tutacaq.

Yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 9 ünvanında keçiriləcək.

Gündəliyə şirkətin maliyyə vəziyyətinin müzakirəsi və digər məsələlər daxil edilib.

Qeyd edək ki, “Atasığorta” ASC 2004-cü ildən fəaliyyət göstərir və “AtaHolding” MMC-nin tərkibinə daxildir. Şirkətin nizamnamə kapitalı 8,256 milyon manat təşkil edir. Səhmlərin 100%-i “AtaHolding” MMC-yə məxsusdur.

Xatırladaq ki, cari ilin yanvarın 6-da Azərbaycan Mərkəzi Bankı tərəfindən “Atasığorta” ASC-yə müvəqqəti inzibatçı təyin edilib.

Related posts

ABA və Mərkəzi Bank nümayəndələri Yaponiyanın Mərkəzi Bankı (BOJ) ilə rəqəmsal maliyyə texnologiyaları üzrə görüşlər keçirib

Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti “Money Forward, Inc.” şirkəti ilə görüş keçirib

ABA nümayəndələri Yaponiyanın Zengin-Net ödəniş sistemi ilə tanış olub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı