Home » Avqustda Avropada illik inflyasiya 5.3%-də qərarlaşıb

Avqustda Avropada illik inflyasiya 5.3%-də qərarlaşıb

by anar
0 comments 3 views 1 minutes read

Enerji qiymətlərinin yüksəlməsindən dolayı avqustda Avropada inflyasiya 5.3%-də qərarlaşıb. 

BBN.az CNN Business-ə istinadən xəbər verir ki, avrodan istifadə edən 20 ölkədə illik istehlakçı qiymətləri bir öncəki illə müqayisədə orta hesabla 5.3%-ə yüksəlib. Bu haqda isə cümə axşamı Avropa Statistika Mərkəzinin məlumatında qeyd edilib. 

Eyni zamanda iyuldakı illik inflyasiya göstəricisi ilə eyni olub. Ərzaq və enerji qiymətləri üzrə illik inflyasiya isə avqustda iyuldakı 5.5%-dən 5.3%-ə enib. İnflyasiyanı yüksəkdə saxlayan isə ərzaq, alkoqol, tütün məmulatları üzrə olub, ancaq avqustda qeyd edilən sahələr üzrə inkişaf tempi bir öncəki ayla müqayisədə daha az olub. 

Əlavə etmək yerinə düşər ki, iyulda Avropa Mərkəzi Bankı əsas faiz dərəcələrini ardıcıl olaraq 9-cu dəfə artıraraq Avrozona üçün 3.75%-də saxlamışdı.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.