Home » Avronun məzənnəsi: 2022-ci il və daha sonrakı illər üçün gözləntilər

Avronun məzənnəsi: 2022-ci il və daha sonrakı illər üçün gözləntilər

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İnflyasiyanın atması, yavaşlayan artım gözləntiləri, Avropa Mərkəzi Bankının (AMB) yenicə faiz artımı ilə bağlı qərarını nəzərə aldıqda, analitiklər avronun məzənnəsinin növbəti ay və illərdə necə ola biləcəyini proqnoz edə bilirlər.

BBN.az Capital.com-a istinadən xəbər verir ki, Mərkəzi Bankın iyulda yayımlanan siyasət icmalında Hollandiyanın ING bankının ekspertləri bunları deyib: “İlin sonunda ABŞ və Avropa iqtisadiyyatının texniki iqtisadi tənəzzülə gedəcəyi, 2023-cü ildə inflyasiyanın aşağı düşəcəyi fonunda Avropa Mərkəzi Bankının 2023-cü il üçün faiz artımına getməyinə ehtiyac (AMB-nin faiz artımı ilə bağlı qərarı, həmçinin avronun dollara nisbətdə məzənnəsini yüksəltmək idi-red.) qalmayacaq”. 

ING Group-un “Think” tədqiqat bölməsindən Francesco Pesole və Chris Turner deyiblər ki, 2022-cu ilin 4-cü rübündə və 2023-cü ilin 1-ci rübündə Avrozonada texniki iqtisadi tənəzzülün olması ehtimalını nəzərdən keçirirlər. Bu, öz növbəsində avro, sterlinq, İsveç kronu kimi Mərkəzi və Şərqi Avropadakı valyuta məzənnələrinə təsir edəcək.

Avronun dollara nisbətdə məzənnəsi ilə bağlı olaraq Pesole, Turner və Frantisek Taborsky bildiriblər ki, avro/dollar tədricən yüksələcək, daha sonra isə növbəti günlərdə bərabərliyinə qayıdacaq: “Bu prosesə hazırda 3 amil, Avrozonada makro tablonun pisləşməsi, İtaliya hökumətinin çöküşü – (Baş nazir istefa vermişdi-red.), Rusiyanın təbii qaz təchizatını dayandırması ilə bağlı risklər avronun qiymətinə mənfi aspektdən təsir edir. 

Honkonqdan Citibank isə deyir ki, avro/dollar məzənnəsi uzunmüddətli dövrdə Federal Ehtiyatlardan və mənfi makro tendensiyalarından asılı olacaq. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.