
Avropa Birliyi (AB) Şurası Ukraynaya hücumları ilə əlaqədar Rusiyanı hədəf alan məhdudlaşdırıcı tədbirləri daha altı ay uzadıb.
BBN.az xəbər verir ki, Şuranın bəyanatına görə, Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzü ilə əlaqəli olduğu düşünülən təxminən 2600 şəxs və təşkilat 15 sentyabr 2026-cı ilə qədər sanksiya siyahısında qalacaq.
Sanksiyalara səyahət qadağaları, aktivlərin dondurulması və maliyyələşdirməyə və ya iqtisadi resurslara çıxışın məhdudlaşdırılması daxildir.
Qeyd edək ki, Rusiyanın 24 fevral 2022-ci ildə Ukraynaya hücumundan sonra sanksiyalar əhəmiyyətli dərəcədə genişləndirildi.




