Home » Avropa İttifaqı “LinkedIn”i 310 milyon avro cərimələyib

Avropa İttifaqı “LinkedIn”i 310 milyon avro cərimələyib

by yunus
0 comment 0 views 1 minutes read

Avropa İttifaqının (Aİ) fərdi məlumatların tənzimlənməsi orqanı Microsoft-un biznes və sosial şəbəkə platforması olan LinkedIn-i hədəflənmiş reklam təcrübələrinə görə 310 milyon avro cərimələyib.

BBN.az xəbər verir ki, Aİ-də şəxsi məlumatların qorunmasına cavabdeh olan İrlandiya Məlumatların Mühafizəsi Komissiyası (DPC) “LinkedIn” İrlandiya ilə bağlı araşdırmanın tamamlandığını açıqlayıb.

Açıqlamada bildirilib ki, araşdırma çərçivəsində “LinkedIn”in davranış analizi və hədəflənmiş reklam məqsədləri üçün şəxsi məlumatların emalı prosedurları araşdırılıb.

Qeyd olunub ki, Aİ Ümumi Məlumatların Mühafizəsi Qaydası (GDPR) çərçivəsində bu əməliyyatların qanuniliyi, ədalətliliyi və şəffaflığı ilə bağlı problemlər müəyyən edilib.

Araşdırmalar nəticəsində, fərdi məlumatların müvafiq hüquqi əsas olmadan işlənməsi və  məlumat sahibinin hüquqlarının açıq və ciddi şəkildə pozulması aşkar olunub.

Bu səbəbdən LinkedIn-in 310 milyon avro cərimə olunduğu və platformaya fəaliyyətinin qanuna uyğunlaşdırılması üçün əmr göndərildiyi bildirilib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.