Home » Avropa Komissiyası “Apple”ı yarım milyard avro cərimələyə bilər

Avropa Komissiyası “Apple”ı yarım milyard avro cərimələyə bilər

by yunus
0 rəy 1 baxış 1 dəqiqə oxuma

“Financial Times”ın məlumatına görə Avropa Birliyi Apple Inc.  şirkətinə ilk antiinhisar cəriməsini verməyə və rəqabətə mane olduğuna inandığı “App Store” qaydalarını qadağan edə bilər.

BBN.az bu barədə “Financial Times” qəzetinin araşdırmasına istinadən xəbər verir.

2019-cu ildə “Spotify” musiqi xidmətinin “Apple”dan şikayət etməsindən sonra araşdırma başlanılıb. Şikayətdə bildirilib ki, “Spotify” “App Store” tətbiqinin xərclərini ödəyə bilmək üçün aylıq abunə qiymətini artırmağa məcbur olub.

Öz növbəsində, Avropa Komissiyası isə “Apple”ın hərəkətlərini qanunsuz və rəqabət qaydalarına zidd kimi tanımaq niyyətindədir.

“Financial Times”ın adı açıqlanmayan beş mənbəyə əsaslanan xəbər hesabatında təxminən 500 milyon avro (539 milyon dollar) məbləğində cərimənin gələn ay açıqlanacağını söyləyib.

Qeyd edək ki, təxminlərə əsasən “Apple” illik qlobal satışlarının 10 faizi qədər cərimələnə bilər.

 

 

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.