Home » Avropa Komissiyası: “Təhlükəsiz qış üçün enerjiyə birlikdə qənaət edirik”

Avropa Komissiyası: “Təhlükəsiz qış üçün enerjiyə birlikdə qənaət edirik”

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

“Avropa İttifaqı (Aİ) ərazisində enerjiyə qənaət etməyin ağıllı yolları tətbiq edilir. Biz bu yolu “Yaşıllaşdırma Strategiyamız” çərçivəsində aparırıq. Bir çox binalarımızda, isitmə və soyutmanı 1 saat öncədən söndürürük”.

BBN.az xəbər verir ki, bu haqda Avropa Komissiyasının rəsmi LinkedIn profili üzərindən bildirilib. 

“İllik enerji istifadəsinə 3% qənaət edirik. Bəzi binaları isə yay üçün bağlayırıq, remote işləri asanlaşdırırıq. İyulda, Avropa İttifaqı ölkələri razılaşıblar ki, yaza qədər təbii qaz istehlakına 15%-ə qədər qənaət etsinlər.

Ümumiləşdirsək, gündəlik kiçik dəyişikliklərin və sadə fəaliyyətlərin təbii qaz istehlakının azaldılmasında böyük təsiri var. Məsələn, evdə isitmə temperaturunu cəmi 1°C aşağı salmaqla Avstriyanın illik tələbatına bərabər qaz miqdarına qənaət edə bilərik”.  

Qeyd edək ki, Komissiyadan verilən məlumata, əsasən sentyabrın 14-də isə Avropa İttifaqının prezidentinin Ursula von der Leyenin təbii qaz ilə bağlı gələcək planları (REPowerEU) barəsində canlı çıxışı olacaq. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.