![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Rusiyanın Ukraynaya hücumundan sonra müharibənin Ukraynaya gətirdiyi nəticələri haqqında danışan zaman qeyd edib ki, Rusiya dəhşətli cinayətlərinə görə, həm mənəvi, həm də maddi cəhətdən cavab verməlidir.
Ursula xanım əlavə edib ki, Avropa Komissiyası Rusiyanı cəzalandırmaq üçün partnyorları ilə birgə çalışmaqdadır.
BBN.az Avropa Komissiyasının rəsmi LinkedIn platformasındakı qurumun Prezidentinin çıxış postuna istinadən xəbər verir ki, o, bildirib ki, Rusiyanın Ukraynaya vurduğu maliyyə zərbəsi təxminlərə görə 600 milyard avrodur: “Rusiyanın dəhşətli cinayətləri cəzasız qalmayacaq”, – deyə o, əlavə edib.
Prezident bildirib ki, biz Rusiya Mərkəzi Bankının 300 milyard avro ehtiyatını bloklamışıq: “Eləcə də Rusiya oliqarxlarının 19 milyard avro pulunu dondurmuşuq”.