Avropa Mərkəzi Bankı mart iclasında özünün inflyasiya proqnozlarını açıqlayıb

Cümə axşamı faiz artımları ilə yanaşı, Avropa Mərkəzi Bankı (AMB) özünün cari il və növbəti illər üçün inflyasiya gözləntilərini də açıqlayıb.

BBN.az CNBC.com-a istinadən xəbər verir ki, 2023-cü il üçün orta inflyasiya proqnozu 5.3%, 2024-cü il üçün isə 2.9%-dir. 

Əlavə edək ki, 2022-ci ilin başa çatdığı dekabrda isə AMB-nin proqnozları 2023-cü il üçün 6.3%, 2024-cü il üçün isə 3.4% idi. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır