Home » Avropa Mərkəzi Bankı faiz dərəcələrini sabit saxlayıb

Avropa Mərkəzi Bankı faiz dərəcələrini sabit saxlayıb

by yunus
0 comments 0 views 0 minutes read

Avropa Mərkəzi Bankı (ECB) sentyabr iclasında uçot dərəcələrinə toxunmayıb.

BBN.az xəbər verir ki, depozit faizi 2%, əsas yenidən maliyyələşmə faizi 2,15%, marjinal kredit faizi isə 2,40% səviyyəsində sabit qalıb. Qərar iqtisadçıların gözləntilərinə uyğun olub.

ECB açıqlamasında bildirib ki, inflyasiya hələ də orta müddətli 2%-lik hədəf ətrafında qalır və İdarə Heyətinin proqnoz qiymətləndirməsi dəyişməyib.

Yenilənmiş rüblük proqnozlara əsasən:

  • İstehlak qiymətləri 2026-cı ildə 1,7% artacaq (əvvəlki proqnoz: 1,6%),

  • 2027-ci ildə isə artım 1,9% olacaq.

Bundan əlavə, ÜDM artımının bu il 1,2%, 2026-cı ildə isə 1% təşkil edəcəyi gözlənilir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.