Home » Avropa Mərkəzi Bankının üzvi: Daha çox faiz artımı qərarı qarşıdadır

Avropa Mərkəzi Bankının üzvi: Daha çox faiz artımı qərarı qarşıdadır

by bbnadm
0 comments 0 views 1 minutes read

Sonuncu data nümayiş etdirib ki, Avrozonada inflyasiya azalmaqdadır, baxmayaraq ki, rəqəmlər hələ də Avropa Mərkəzi Bankının (AMB) 2%-lik hədəfindən yüksək olaraq qalır.

BBN.az CNBC Business-ə istinadən xəbər verir ki, dekabrda regionda inflyasiya 9.2% olub, Avrozonada ardıcıl 2-ci aydır ki, qiymətlər enməkdədir.

AMB-nin üzvi, Klaas Knot (Niderland Mərkəzi Bankının rəhbəri) cümə axşamı Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışında deyib ki, növbəti planlaşdırılan görüşündə 50 baza bəndi artımla kifayətlənməyəcəklər.

Qeyd edək ki, Avropa Mərkəzi Bankı 2022-ci ildə 4 dəfə faiz artımına getmişdi, özünün depozit dərəcəsini isə 2%-ə çatdırmışdı. Dekabrda isə Mərkəzi Bankdan bildirmişdilər ki, yüksək inflyasiya ilə mübarizə aparmaq üçün 2023-cü ildə faiz dərəcələri artımı olacaq.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.