Home » Avropa Yenidənqurma və İnkişaf Bankı: Azərbaycan fiskal qaydalarla büdcə şəffaflığını gücləndirib

Avropa Yenidənqurma və İnkişaf Bankı: Azərbaycan fiskal qaydalarla büdcə şəffaflığını gücləndirib

by Zeyneb
0 comments 0 views 2 minutes read

Azərbaycan fiskal qaydaların tətbiqi hesabına büdcə siyasətinin şəffaflığını artırıb.

Bu barədə BBN.AZ Avropa Yenidənqurma və İnkişaf Bankı-ın (EBRD) 2026–2030-cu illər üçün İqtisadi İdarəetmə Strategiyasının layihəsinə istinadən xəbər verir.

Sənəddə qeyd olunub ki, Türkiyə və Qafqaz regionu ümumilikdə dövlət idarəetməsinin keyfiyyəti üzrə nisbətən yüksək göstəricilər nümayiş etdirir. Bununla belə, korrupsiyanın qavranılması, rəqabət səviyyəsi və dövlət müəssisələrinin idarə olunması istiqamətlərində geri qalma davam edir. Dövlət müəssisələrinin idarə olunması ilə bağlı qiymətləndirmə Azərbaycan və Gürcüstan üzrə məlumatlara əsaslanır.

Regionda təbii ehtiyatların idarə olunması isə birmənalı olmayan nəticələrlə xarakterizə olunur. Azərbaycan xüsusilə Azərbaycan Respublikası Dövlət Neft Fondu-nun fəaliyyətini tənzimləyən fiskal qaydaların tətbiqi sayəsində şəffaflığı və büdcə intizamını gücləndirib.

Eyni zamanda, Cənub və Şərqi Aralıq dənizi (SEMED) ölkələrində dağ-mədən sektorunda zəif idarəetmə göstəriciləri qeydə alınıb və 2016–2024-cü illərdə geriləmə müşahidə edilib.

Bankın qiymətləndirməsinə görə, aydın fiskal və normativ mexanizmlər tətbiq edən resurslarla zəngin ölkələr daha yüksək makroiqtisadi sabitlik və hesabatlılıq əldə ediblər. Müvafiq islahatlar aparmayan dövlətlər isə qeyri-effektiv idarəetmə riskləri ilə üzləşməkdə davam edir.

Məlumata əsasən, EBRD strategiya layihəsi üzrə ictimai məsləhətləşmələrə başlayıb. Sənəd 2026-cı il martın 28-dək şərhlər üçün açıq olacaq.

Bankın 2026–2030-cu illər üzrə strateji çərçivəsinə əsasən, iqtisadi idarəetmə “yaşıl iqtisadiyyat”a keçid, insan kapitalının inkişafı və bərabər imkanların təmin edilməsi ilə yanaşı, fəaliyyətin üç əsas istiqamətindən biri kimi müəyyən edilib. Strategiya səmərəli bazar iqtisadiyyatlarının formalaşdırılmasına yönəlmiş uzunmüddətli sistemli dəyişikliklərin gücləndirilməsini hədəfləyir.

Sənəddə vurğulanır ki, bankın siyasət və investisiya islahatlarını birləşdirən unikal biznes modeli məqsədyönlü əməliyyat yanaşması ilə inteqrasiya olunaraq iqtisadi idarəetməni sistemli bazar islahatları üçün transformasiya vasitəsi kimi mövqeləndirir.

Bu il yanvarın 31-nə EBRD-nin Azərbaycandakı cari kredit portfeli 895 milyon avro təşkil edib. Bunun 40 %-i özəl sektorun payına düşür. Hazırda ölkədə bankın 36 layihəsi aktivdir. Ümumilikdə isə EBRD Azərbaycanda 201 layihəyə 3,612 milyard avro investisiya yatırıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.