Home » Avropa Yenidənqurma və İnkişaf Bankı-nın Azərbaycandakı kredit portfeli 895 milyon avroya düşüb

Avropa Yenidənqurma və İnkişaf Bankı-nın Azərbaycandakı kredit portfeli 895 milyon avroya düşüb

by Zeyneb
0 comments 0 views 1 minutes read

Bu il yanvarın 31-nə Avropa Yenidənqurma və İnkişaf Bankı-nın (EBRD) Azərbaycandakı cari kredit portfeli 895 milyon avro təşkil edib.

Bankın məlumatına görə, portfelin 40 %-i özəl sektorun payına düşür. Hazırda Azərbaycanda EBRD-nin 36 layihəsi aktivdir. Təkcə 2025-ci ildə bank 81 milyon avro dəyərində 10 layihəni maliyyələşdirib.

Dekabrın 31-nə olan göstərici ilə müqayisədə portfelin həcmi 1,21 % və ya 11 milyon avro azalıb.

EBRD-nin açıqlamasına əsasən, cari portfelin 90 %-i və ya 803 milyon avrosu dayanıqlı infrastrukturun inkişafına, 7 %-i və ya 62 milyon avrosu maliyyə institutlarına, 3 %-i və ya 30 milyon avrosu isə korporativ sektora yönəldilib.

Ümumilikdə, EBRD Azərbaycanda 201 layihənin icrasına 3,612 milyard avro investisiya yatırıb.

Bankın ölkədəki əməliyyat aktivlərinin dəyəri yanvarın 31-nə 686 milyon avro olub ki, bu da dekabrın 31-i ilə müqayisədə 1,29 % və ya 9 milyon avro azdır.

Qeyd edək ki, 2024-cü ildə EBRD Azərbaycanda 8 layihənin maliyyələşdirilməsi üçün ümumilikdə 199 milyon avro kredit ayırıb. Bu isə əvvəlki illə müqayisədə 27,56 % və ya 43 milyon avro çoxdur.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.