Home » Avropada inflyasiya artıb

Avropada inflyasiya artıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Avrozonada mart ayı üçün ortalama illik inflyasiya 7.4% olub. Qeyd edək ki, ötən ilin müvafiq ayında bu göstərici 1.3%, fevral ayında isə 5.9% olub. Avropa Birliyinə daxil olan ölkələr üçün isə mart ayının illik inflyasiya rəqəmi isə  fevral ayı ilə nisbətdə 1.6% artaraq 7.8% səviyyəsində qərarlaşıb. Bu barədə məlumat Avropa Birliyinin statistika ofisi “Eurostat” tərəfindən paylaşılıb.

Sözügedən dövr üçün ən yüksək illik inflyasiya göstəriciləri Litva (15.6%) və Estoniyada (14.8%), ən aşağı göstərici isə Maltada (4.5%) qeydə alınıb.

Bahalaşmanın ən çox qeydə alındığı sahələr isə müvafiq olaraq xidmət, alkoqol, tütün, yeyinti və energetika sektorları olub.

Avropa iqtisadiyyatının əsas tərkib hissələrindən olan Böyük Britaniya və Fransada da inflyasiya müvafiq olaraq 7% və 4.5% səviyyəsinə yüksələrək tarixi rekorda imza atıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.