Avrozonaya daxil olan ölkələrdə yanvar ayı üçün mövsümi olaraq tənzimlənən işsizlik 6.8% olub. Qeyd edək ki, dekabr ayında bu göstərici 7.0% olub. Avropa Birliyi ölkələri üçün isə yanvar ayına olan işsizlik göstəricisi dekabr ayına nisbətdə 0.1% azalaraq 6.2% səviyyəsində qərarlaşıb. Bu barədə məlumat Avropa Birliyinin statistika ofisi “Eurostat” tərəfindən paylaşılıb.
Sözügedən dövr üçün ən yüksək işsizlik göstəriciləri İspaniya (12.7%) və Yunanıstanda(13.3%), ən aşağı göstərici isə Çexiyada (2.2%) qeydə alınıb.
Amerika Birləşmiş Ştatlarında isə sözügedən dövrdə işsizlik göstəricisi 3.9%-dən 4%-ə yüksəlib.