Home » Avropada müdafiə startaplarına qoyulan investisiya rekord həddə çatıb

Avropada müdafiə startaplarına qoyulan investisiya rekord həddə çatıb

by yunus
0 comments 0 views 1 minutes read

Avropada müdafiə startaplarına qoyulan investisiya rekord həddə çatıb.

BBN.az xəbər verir ki, startap ekosistemi üzrə məlumatlar təqdim edən tədqiqat qurumu “Dealroom” və NATO tərəfindən təsis edilmiş, mərkəzi Amsterdamda yerləşən texnologiya investisiya fondu “NATO Innovation Fund” tərəfindən yayımlanan hesabata əsasən, Avropada bu sahədə fəaliyyət göstərən startaplar 2025-ci ildə ümumilikdə 8,7 milyard dollar həcmində investisiya cəlb edib. Bu göstərici əvvəlki illə müqayisədə 55 faiz artım deməkdir.

İnvestisiyalardakı artımda xüsusilə iri həcmli maliyyələşmə razılaşmaları mühüm rol oynayıb. Bu tip investisiyaların ümumi məbləği 4,7 milyard dollara çataraq əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlib.

2025-ci ildə ən çox investisiya cəlb edən ölkə Böyük Britaniya olub. Almaniya isə ikinci yerdə qərarlaşıb və son illərdə sektordakı artım tendensiyasını qoruyub saxlayıb.

Mərkəzi və Şərqi Avropa isə investisiya sayındakı artım hesabına ən sürətlə böyüyən region kimi önə çıxıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.