0
![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
Avropa Birliyi Statistika Ofisi (EUROSTAT) 2020-ci ilin mart ayında Avropada sənaye istehsalının həcmi ilə bağlı hesabat yayınlayıb. Hesabata istinadən, Avrozonada (19 ölkə) sənaye istehsalı fevral ayına nisbətdə 11.3%, 2019-cu ilin mart ayına nisbətdə isə 12.9% azalıb.
Avropa Birliyi ölkələrində isə bu göstərici fevral ayına nisbətdə 10.4%, 2019-cu ilin müvafiq dövrünə nisbətdə isə 11.8% geriləyib.
Ötən aya nəzərən sənaye istehsalında ən böyük artım İrlandiyada (15.5%), ən böyük geriləmə isə İtaliyada (-28.4%) qeydə alınıb.