Home » Avropanın ən böyük bankı HSBC-nin vergidən öncəki gəlirləri rekord səviyyədə artıb

Avropanın ən böyük bankı HSBC-nin vergidən öncəki gəlirləri rekord səviyyədə artıb

by anar
0 comments 4 views 1 minutes read

Avropanın ən böyük bankı olan HSBC-nin vergidən öncəki gəlirləri demək olar ki, 80%-ə qədər artım nümayiş etdirib. Belə ki, 2023-cü ildə bu rəqəm 30.3 milyard dollar, yaxud 24 milyard funt sterlinqə çatıb. Buna isə faiz dərəcəsinin yüksək olması səbəb olub.

BBN.az BBC Business nəşrinə istinadən xəbər verir ki, son 18 ay ərzində dünya ölkələrinin Mərkəzi Bankları yüksələn inflyasiya ilə mübarizə aparmaq üçün əsas faiz dərəcələrini artırmışdılar.

Ötən həftə isə onun rəqibi olan pərakəndə və kommersiya bankı NatWest-in illik gəlirləri isə 2007-ci ilin maliyyə böhranından bu yana ən yüksək həddə çatıb. Eyni zamanda Çin iqtisadiyyatının zəifləməsi nəticəsində HSBC-nin gəlirləri gözləniləndən çox yüksək olmayıb. Bank öz gəlirlərini böyük qismini Asiya bazarından, xüsusilə də Çin və Honkonq-dan əldə edir. HSBC-nin vergidən öncəki gəliri 2022-ci ildə 17.1 milyard dollar olub ki, analitiklərin gözləntisi isə 2023-cü ildə 34.1 milyard dollar olacağı yönündə idi.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.