Home » Avropanın avtomobil bazarı kəskin geriləyib

Avropanın avtomobil bazarı kəskin geriləyib

by bbnadm
0 comments 1 views 1 minutes read

Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) 2022-ci ilin mart ayı üçün Avropanın avtomobil bazarı göstəricilərini açıqlayıb. Hesabatda əsas gözəçarpan məqam  avtomobil satışlarının  ötən ilin mart ayına (1.06 milyon) nisbətdə 20%-dən çox geriləyərək 844 min 187 səviyyəsinə enməsidir. Qeyd edək ki, satışlarda geriləmə yanvar (-6.0%) və fevral (-6.7%) aylarında da cüzi hiss edilsə də, mart ayında (-20.7%) kəskin azalma başlayıb.

Avropa Birliyinə daxil olan bütün ölkələrdə avtomobil satışlarında ikirəqəmli faizdə geriləmə qeydə alınsa da, İtaliya (-29.7%) və İspaniya (-30.2%) bazarlarında vəziyyət daha kritikdir. Ümumilikdə azalmanın əsas səbəbləri kimi isə, Rusiya-Ukrayna münaqişələri və çip istehsalının tələbi ödəyə bilməməsi göstərilib.

Satış həcmində ən kəskin azalma isə “Land Rover” brendində müşahidə olunub. Belə ki, 2021-cu ilin mart ayında 7 minə yaxın avtomobil satışı həyata keçirən şirkət cari ilin mart ayında cəmi 3 min 100 ədəd avtomobil sata bilib.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.