Home » Avropanın bu populyar ölkəsi yanvarın 1-dən avrodan istifadə edir

Avropanın bu populyar ölkəsi yanvarın 1-dən avrodan istifadə edir

by bbnadm
0 comments 0 views 1 minutes read

Avropanın ən populyar yay istiqamətlərindən biri olan Xorvatiya 2023-cü il yanvarın 1-dən etibarən özünün tarixi pul vahidi kunanı avro ilə əvəz edib. Bu isə onun Avrozonaya daxil olan 20-ci ölkə olması ilə bağlıdır, nəticədə vahid pul vahidindən istifadə edən Avropa ölkələrindən biri olub.

BBN.az CNN Business-ə istinadən xəbər verir ki, Avropa Komissiyasının məlumatında deyilib ki, avro əskinasları və sikkələri ölkənin bankomatlarının 70%-də artıq dövriyyə etməkdədir. Kuna əvəzinə avrodan istifadə edilməkdədir. Qalanı isə yanvarın 15-ə kimi davam edəcək.

Bildirilib ki, köhnə pul vahidində olan vəsaitlərinizi avroya iyunun 30-dək Xorvatiyanın istənilən poçt mərkəzlərində və 2023-cü ilin sonunadək ölkənin istənilən bankında dəyişə bilərsiniz.

Kuna yanvarın 15-dək istifadə ediləcək, həmçinin kuna ilə ödəniş edən şəxsin vəsaiti avro ilə qarşılığını alacaq. 7.53450 kuna isə 1 avroya dəyişdiriləcək. Avropa Mərkəzi Bankının prezidenti Christine Lagarde isə deyib ki, “Xorvatiya avro zonasının 20-ci üzvi (Avropa İttifaqının 28-ci üzvidir, vahid pul vahidi avrodan istifadə edən isə 20-ci ölkədir-red.) olması ilə bağlı çox çalışdı və buna nail oldu. Mən bütün Xorvatiya insanlarını təbrik edirəm”, – deyə o, açıqlamasında bildirib.

Qeyd edək ki, eyni zamanda Xorvatiya yanvarın 1-dən etibarən Şengen ərazisinə daxil olub. Nəticədə 420 milyondan çox Avropa vətəndaşları sərhəd olmadan blok daxilində maneəsiz səyahət edə biləcəklər.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.