Home » Avropanın qabaqcıl nağdsız iqtisadiyyatları hansılardır?

Avropanın qabaqcıl nağdsız iqtisadiyyatları hansılardır?

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Böyük Britaniya mərkəzli ATM operatoru olan “Link” son araşdırmasında Avropa ölkələrinin nağdsız iqtisadiyyat istiqamətində irəliləyişlərini qeydə alıb. Araşdırma əsas beş faktor üzərindən aparılıb

  • Debit kartlardan istifadə edənlərin ümumi əhaliyə nisbəti
  • İstehlakçıların nağdsız ödənişlərə meyillilik dərəcəsi
  • Təmassız ödəniş tranzaksiyaları
  • Hər 100 min nəfərə düşən ATM sayı
  • İqtisadiyyatın rəqəmsallaşmağa hazırlıq səviyyəsi

Araşdırmanın nəticələrinə əsasən, Avropanın ən qabaqcıl nağdsız iqtisadiyyatı Niderland olub. Belə ki, əhalinin 99%-inin debit karta sahib olduğu bu ölkədə ödəniş tranzaksiyalarının yarısından çoxu təmassız olaraq həyata keçirilib. Həmçinin, Niderland Avropada hər 100 min nəfərə düşən bankomat sayının azlığına görə və rəqəmsallaşmağa hazırlıq səviyyəsinə görə lider pillədə qərarlaşıb.

Təmassız ödənişlərə ayrılıqda nəzər saldıqda isə, Avropa ölkələri arasında Çexiyanın 93% ilə ilk, Belçikanın isə 4% ilə sonuncu pillədə qərarlaşdığını görə bilərik.

Araşdırmanın yekun nəticələrinə aşağıdakı infoqrafiklərdən nəzər sala bilərsiniz.

Məlumat üçün qeyd edək ki, koronavirus pandemiyası səbəbindən son bir neçə ayda Avropada nağd puldan istifadə yarıya enib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.