
Avropada yeraltı anbarlardakı ehtiyatları 30 faizdənaşağı düşüb.
BBN.az xəbər verir ki, bu, son beş ilin orta göstəricisindən 16 faiz bəndi aşağıdır.
Avropanın aparıcı iqtisadiyyatı olan Almaniya və Fransada yeraltı qaz anbarlarının doluluq səviyyəsi Avropa orta göstəricisindən xeyli aşağıdır – 20,6% və 21,4%, Hollandiyada isə 10,7% təşkil edir.
2025-ci ilin sonuna qədər region ölkələri 109 milyon ton mayeləşdirilmiş təbii qaz (təkrar qazlaşdırmadan sonra 142 milyard kubmetr) alıblar ki, bu da 2024-cü illə müqayisədə 28% artım deməkdir.
2026-cı ilin fevral ayında mayeləşdirilmiş təbii qaz idxalı 9 milyon tona çatıb ki, bu da əvvəlki illə müqayisədə 9% artım deməkdir.





