Home » Avropanın ən iri banklarından biri ABŞ-yə köçməyi planlaşdırır

Avropanın ən iri banklarından biri ABŞ-yə köçməyi planlaşdırır

by Zeyneb
0 comments 1 views 1 minutes read

İsveçrənin ən böyük banklarından biri olan UBS baş ofisini Sürixdən ABŞ-yə köçürmə imkanını dəyərləndirir. Bank rəhbərliyi bu məsələ ilə bağlı ABŞ prezidenti Donald Trampın administrasiyası ilə danışıqlar aparır. Məlumatı “New York Post” mənbələrə istinadən yayıb.

Mənbələrin bildirdiyinə görə, UBS strategiyasını köklü şəkildə dəyişməyi planlaşdırır. Bu addım ABŞ banklarından birinin alınmasını və ya birləşməni də əhatə edə bilər. Bankın ABŞ-yə köçmək niyyətinin səbəbi İsveçrə tənzimləyicisinin yeni qaydalarıdır. Qaydalar 26 milyard dollar əlavə kapital yastığının yaradılmasını tələb edir ki, UBS bunu qlobal rəqabət qabiliyyəti üçün təhlükə hesab edir.

UBS-in ümidləri ABŞ-də daha yumşaq şərtlərlə fəaliyyət göstərməkdir. Bankın mətbuat xidməti, eləcə də ABŞ maliyyə naziri Skott Bessentin mətbuat katibi danışıqlar barədə məlumatı təkzib etməyiblər.

İsveçrə hökuməti isə yeni qaydaları mümkün bank böhranı riskləri fonunda təqdim edib. UBS-in hazırkı bazar dəyəri 126 milyard dollar təşkil edir. “S&P” məlumatına görə, UBS aktivlərinin həcminə görə Avropanın ən böyük on bankından biridir və İsveçrədə sistem əhəmiyyətli bank statusuna malikdir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.