Home » Avrostat Avrozonanın yeni iqtisadi göstəricilərini açıqladı

Avrostat Avrozonanın yeni iqtisadi göstəricilərini açıqladı

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Avrozonada inflyasiya iyulda 8.9% olub, bu isə eyni valyuta vahidindən istifadə edən Avropa Birliyinə daxil olan 19 üzv üçün rekorddur. 

BBN.az DW Business-ə istinadən xəbər verir ki, ötən ay iyul üçün inflyasiya proqnozu 8.6% idi, amma Avropa Birliyinin Statistika agentliyi-AvroStat-ın cümə günü paylaşdığı məlumatda isə iyulda inflyasiyanın daha çox 8.9% olduğunu göstərib. İnflyasiyaya təsir edən amillərdən biri isə Rusiyanın Ukraynanı işğal etdikdən sonra enerji qiymətlərinin yüksəlməsidir. 

Enerjinin qiymətləri iyulda 39.7% yüksəlib, bu isə 1997-ci ildən valyutanın qeydinə başlanılandan bəri Avrozonada inflyasiyanın rekord həddə çatmağına səbəb olub. 

Ərzaq, alkoqol, tütünün qiymətləri 9.8% yüksəlib, iyun göstəricilərindən daha yüksək olub və qiymətlərin artımı sürətlə baş verib. Ukrayna müharibəsi Avropada ərzaq və enerjinin qiymətlərinin yüksəlməsinə səbəbdir, Avropa ölkələri sanksiyalar və əsas infrastrukturun pozulması ilə mübarizə aparmağa çalışırlar. 

Bu ayın əvvəlində isə Avropa Birliyindən deyilmişdir ki, iqtisadi aktivlik ilə bağlı göstəricilər müharibənin təkamülündən və xüsusilə Avropaya təbii qaz tədarükü ilə bağlı təsirlərdən çox asılıdır.   

Qeyd edək ki, Avrozonada avronun qiymətləri 2002-ci ildən, yəni son 20 ildə ilk dəfə bərabərlik əldə edib, bu isə bölgədə iqtisadi tənəzzülün olacağı ilə bağlı qorxular ilə bağlıdır. Həmin zaman avro 1.0281 dollardan aşağıya düşdü və dollar və avro bərabərliyinə irəliləyiş üçün təhlükə yaratdı. Həmçinin avqustun 1 məlumatına görə isə 1 avro 1.02 dollara bərabərdir.  

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.