Avropa Statistika İdarəsi (Eurostat) Avrozonada avqust ayı üzrə inflyasiya məlumatlarını dərc edib.
BBN.az xəbər verir ki, Avro Bölgəsində iyulda 2,6 faiz olan illik inflyasiya avqust ayında 2,2 faiz geriləyib. Avqust ayında istehlak qiymətləri indeksi aylıq bazda 0,2 faiz artıb.
Bazar gözləntiləri də avqust ayında Avrozonada illik inflyasiyanın 2,2 faiz olacağı yönündə idi .Elan edilmiş məlumatlar bazar gözləntiləri ilə eyni səviyyədə reallaşdı.
Avropa İttifaqından verilən məlumatlara görə, inflyasiya Belçikada 4,5, Estoniyada 3,4, Hollandiyada 3,3, Slovakiyada 3,2, İspaniyada 2,4, Fransada 2,2, Almaniyada isə 2 faiz olub.